hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Təkcə Dəmir Yollarına xarici investor gəlsə, 16 min nəfər işsiz qalacaq - Erkin Qədirli

Təkcə Dəmir Yollarına xarici investor gəlsə, 16 min nəfər işsiz qalacaq - Erkin Qədirli

“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması doğru, amma keçici qərardır, indiki şəraitə uyğundur. Orada toplanacaq dövlət şirkətlərinin heç birisini ayrılıqda islah etmək mümkün deyil. İdarəetməsi yanlış, səmərəliliyi az, itkiləri çox olan həmin şirkətləri özəlləşdirməyə çıxarmaq olmur, xarici invsetor onları bu halda almaq istəmir. Ayrıca, onlarda inzibati akt qəbul etmək səlahiyyətinin olması, onları mülki hüquq anlamında rəqabət aparan şirkət olmağa mane olur. Sistem problemidir. Köklü islahata ehtiyac var. İslahat yalnız iqtisadi deyil, həm də siyasi strategiyanı tələb edir. Siyasi islahat olmasa və ya onun uğuru olmasa, iqtisadi dəyişikliklərin islahat anlamına gəlməsini əngəlləyəcək”.

Cebhe.info xəbər verir ki, bunu deputat Erkin Qədirli deyib.

E.Qədirli bildirib ki, indiki siyasi sistem köklü iqtisadi islahatlara hazır deyil:

“Bu sahədə bəzi işlər görülməyə başlansa da, onların davamlılığı və ardıcıllığı şübhə altındadır. Risklər çox yüksəkdir, burası anlaşılır. Bununla belə, anlamaq lazımdır ki, gələcəkdə böyük özəlləşdirmə olarsa, özəlliklə xarici investorlar bizim bazara gəlmiş olarlarsa, ilkin mərhələdə, başqa problemlərlə yanaşı, işsizliyin sayı artacaq. Bir örnək verim. Bir il bundan öncə nüfuzlu audit şirkəti olan PricewaterhouseCoopers (PwC) Azərbaycan Dəmir Yolları haqqında hesabatını açıqlamışdı. Orada, başqa məsləhətlərlə yanaşı, işçilərin sayını 22 mindən 6 minə endirmək təklif olunmuşdu. Bu, ADY-nin xarici investorlar üçün cəlbediciliyini atırmaq məqsədilə verilmiş bir məsləhətdir, çünki xarici investorlar bu qədər işçisi, deməli həm də məsrəfi, olan şirkətə pul yatırmaq istəməzlər. Bu, öz növbəsində, həm də o deməkdir ki, bir gün ADY-yə xarici investor gələrsə və PwC-nin dediyi ixtisara gedərsə, birdən-birə 16 min işsiz yaranacaq. Bu sayı ailə üzvlərinin sayına vursaq, 60-80 min arası insana mənfi yan təsirin olacağını güman etmək olar. Bir tək ADY-nin özəlləşdirilməsi (xarici investorun cəlb olunması) bu qədər sosial problem yarada bilərsə, o biri şirkətlərdə eyni gedişatın mənfi yan təsirini güman etmək çətin olmayacaq”.

Deputat onu da əlavə edib ki, özəlləşdirmə, ölkəmizə xarici investorların gəlməsi önəmlidir, buna gedilməlidir:

“Yalnız, bunun doğura biləcəyi problemləri də bilməli, onların həllinə hazır olmalıyıq. Yuxarıda yazdığım kimi, ölkəmizin indiki siyasi (geniş anlamda) sistemi buna hazır deyildir. Azərbaycan İnvestisiya Holdinqi, orada toplanacaq şirkətləri sağlamlaşdırmaq üçün qurulur. Bu işdə ona uğurlar azrulayıram. Bununla belə, onun uğurları daha çox onun görə bilməyəcəyi işlərdən asılı olacaq - siyasi islahatlardan”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5446