hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Tələbə olmaq istəyənlərin sayı azalsa da: DİM 800 min manat qazanıb – EKSPERT 

Tələbə olmaq istəyənlərin sayı azalsa da: DİM 800 min manat qazanıb – EKSPERT 

2019-2020-ci tədris ili üçün ali məktəblərə sənəd qəbulunun başlamasından 10 gün ötür.

Bu günə qədər elektron ərizə təqdim edənlərdin sayı keçən illin eyni dövrü ilə müqayisədə azdır”.

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. K.Əsədov hazırda qeydiyyatdan keçən abituriyentlərin statistikasını da verib: “Bu saata qədər I-II-III-IV ixtisas qrupları üzarə 17704 nəfər qeydiyyatdan keçib.

Ən çox abituriyent I qrupda - 6916 və III qrupdadır - 5674 nəfər. Ən az abituriyentin elektron ərizə təqdim etdiyi qrup IV qrupdir – 1352 nəfər. II qrupdan ali məktəbə qəbul olmaq üçün elektron ərizə təqdim edənlərin sayı isə 3762 nəfərdir. V qrup üzrə qeydiyyatdan keçənlərin sayı isə 10313 nəfərdir. XI sinifdən kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçənlərin sayı 11056 nəfərdir. Ərizə qəbulunun başladığı 10 gün ərzində ümumi elektron ərizə təqdim edənlərin sayı 19974 nəfərdir ki, onlara göstərilən xidmətə görə DİM-in hesabına 798.960 manat vəsait daxil olub”. 
Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 810