hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Tələbə nədən ölüb? - Toksikoloqdan Qoşqar Təhməzlinin sözlərinə CAVAB

Tələbə nədən ölüb? - Toksikoloqdan Qoşqar Təhməzlinin sözlərinə CAVAB

Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli Bakı Dövlət Universitetində zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlama verib. 

Sədr bildirib ki, tələbənin ölümünə səbəb qida zəhərlənməsi deyil və məsələ ilə bağlı hazırda cinayət işi aparılır: 

"Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açıqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar verildi. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir". 

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri  Azər Maqsudov Cebhe.info-ya açıqlamasında bildirib ki, tam nəticə məlum deyil, ona görə də bu sözlər sadəcə iddia ola bilər: 

“Zəhərlənmədə kimyəvi maddə aşkarlanmayıb. Tam nəticə hələ məlum deyil. Hazırda bununla bağlı araşdırma davam edir. Yanlış məlumatdır. Bu, iddia ola bilər, sədr fikrini bildirə bilər, amma konkret olaraq toksik zəhərlənmə olduğunu demək olmaz. Bunu bilə bilmərik. Ekspertiza zəhərlənməyə hansı maddənin səbəb olduğunu müəyyənləşdirəcək. Cavab çıxdıqdan sonra hər şey məlum olacaq”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 2366