hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Televiziyalar Əməkdar jurnalistin şəhidlə bağlı filmini nümayiş etdirməyib: "Bu düşüncə ilə torpaqlar azad olunacaq?"

Televiziyalar Əməkdar jurnalistin şəhidlə bağlı filmini nümayiş etdirməyib: "Bu düşüncə ilə torpaqlar azad olunacaq?"

"Aprel şəhidi, kapitan Mühüd Orucov. Sağlığında Ali Baş Komandan tərəfindən qiymətləndirilən, Türkiyə prezidenti tərəfindən mükafatlandırılan, vətənə 2 əsgər bəxş edən Şəhidin iyulun 13-ü ad günüdür. Şəhidlə bağlı hazırladığım filmin Nizami Kino Mərkəzdə planlaşdırılan təqdimatı karantin səbəbindən baş tutmadı. Filmin nümayiş etdirilməsi üçün bir neçə TV-yə olunan müraciətlər isə nəticəsiz oldu".

Cebhe. info xəbər verir ki, bunu Əməkdar jurnalist Afət Telmanqızı bildirib.

Jurnalist təəssüflə vurğulayıb:

"Yazıqlar olsun ki, Vətən yolunda canını qurban vermiş, bu gün Xəzər TV və digər TV rəhbərlərinin rahat torpaq üzərində gəzməsinin səbəbkarı olan Şəhidə qapı bağladılar. TV rəhbərləri siz ömrünüzün sonuna kimi şəhidlərə borclusunuz. İşiniz müharibə şəraitində olan ölkənin şəhidlərini, hərbi vətənpərvərlik ruhunu təbliğ etmək olmalıdır. Manısları ora çıxarıb, pul qazanmaq yox".

"Siz haradan biləsiniz, şəhidlik zirvəsi nə deməkdir? Heç olmasa, sizin yolunuzda canını qurban verənlərin ruhuna hörmətiniz olsun. Yazıqlar olsun! Bu cür düşüncə ilə torpaqlar azad olunacaq? Bu cür maarifləndirmə ilə? Bu cür şəhidinə biganəlik, hörmətsizliklə? Ayıb olsun!", - deyə A.Telmanqızı qeyd edib.

Cebhe. info


Oxunma sayı: 1211