hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Terrorçuların dağıtdığı Tel Abyad xəstəxanası fəaliyyətini bərpa edib

Terrorçuların dağıtdığı Tel Abyad xəstəxanası fəaliyyətini bərpa edib

YPG/PKK terror təşkilatından təmizlənən Tel Abyad xəstəxanası suriyalılara tibbi xidmət göstərməyə başlayıb.

Cebhe.info xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində Suriyanın şimalında yerləşən Tel Abyad xəstəxanasında suriyalılara verilən tibbi xidmətlərlə bağlı bir video paylaşılıb. Videoda uşaqlar da daxil olmaqla suriyalıların həkimlər tərəfindən müayinə edildiyi görüntülər yer alıb. 

Tibbi xidmət göstərilən Suriyalı bir ailənin üzvləri YPG/PKK terror təşkilatının mövcud olduğu vaxtlarda evlərindən çölə çıxa bilmədiklərini söyləyiblər.

Yaşadıqları bölgənin Türkiyə Silahlı Qüvvələri tərəfindən terrorçulardan təmizləndiyini dilə gətirən ailə, “Onlar burada olduqları vaxt evdən çölə çıxmaq çox təhlükəli idi. Allah hamınızdan razı olsun!”, - deyib.

“Suriyalı qardaşlarımız layiq olduqları xidmətləri almağa başlayıb”.

Milli Müdafiə Nazirliyinin açıqlamasında isə belə qeyd edilib:

“Qəhrəman əsgərlərimiz tərəfindən dinc və təhlükəsiz mühitin yaradılması və Səhiyyə Nazirliyinin Tel Abyad xəstəxanasında göstərdiyi tibbi xidmətlər sayəsində suriyalı qardaşlarımız insan kimi yaşamağa və layiq olduqları xidmətləri almağa başlayıblar. Artıq üzlər gülür”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 485