Tərtər-Suqovuşan yolu minadan təmizlənir: "2-3 günə bitəcək"

“İşğaldan azad olunmuş ərazilərdə, ilk növbədə, humanitar dəhlizlər yaradılır”.
Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.
İ. İsmayılovun sözlərinə görə, artıq Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi həyata keçirilir: “Bu yolun 10 kilometrindən 8 kilometri təmizlənib. Yaxın 2-3 gün ərzində yolun minalardan təmizlənməsi başa çatacaq”.
Cebhe.info
Oxunma sayı: 1475
Bizim Telegram səhifəmizi izləyin