hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları 13 ədəd çətənə kolu aşkar edib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Tərtər şəhər sakini, əvvəllər məhkumluğu olan Seymur Əliyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 13 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 375