hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Tərtərdə fitosanitar müşahidələr aparılıb

Tərtərdə fitosanitar müşahidələr aparılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Respublika ərazisində fitosanitar müşahidələr davam etdirilir.

Agentlikdən Cebhe.info-ya bildirilib ki, növbəti fitosanitar müşahidələr Tərtər rayonunda dənli-paxlalı bitkilərin saxlanıldığı anbarlarda aparılıb və müvafiq maarifləndirici tədbirlər həyata keçirilib. Müşahidələr aparılan anbarların bəzilərindən zərərvericilərlə sirayətlənmə halları aşkar edilib.

Fumiqasiya tədbirlərinin aparılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fumiqasiya dəstəsinin əməkdaşları işə cəlb olunub, yaranmış problemlər aradan qaldırılaraq, gələcəkdə yarana biləcək məhsul itkisinin qarşısı alınıb.

Cebhe.info


Oxunma sayı: 1827