hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Tərtərdə minik avtomobili traktorla toqquşdu, ölən var

Tərtərdə minik avtomobili traktorla toqquşdu, ölən var

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qarağacı kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna çırpılıb. Nəticədə “VAZ-21901”in sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 562