hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Tərtərdə şəhidin ailəsi üçün ev tikilir: “Gənc nəsil daha vətənpərvər olacaq!" - Deputat

Tərtərdə şəhidin ailəsi üçün ev tikilir: “Gənc nəsil daha vətənpərvər olacaq!" - Deputat

"Tərtərdə şəhid ailələrini ziyarət edərkən qürurlandırıcı xeyli faktlarla rastlaşdım ki, ikisini sizin də diqqətinizə çatdırmaq istəyirəm. Şəhid Mehdi Məmmədovun doğmalarının Sarıcalıda heç də yaxşı şəraitdə yaşamadığını görən Xəqani Məmmədov, Əhliman Səfərov və az-çox imkanı olan digər soydaşlarımız qabağa düşərək özləri kimi qəlbləri imkanlarından qat-qat böyüklərin yardımılə onlar üçün yeni ev tikmək qərarına gəliblər. Mən şəhidin ailəsinə baş çəkəndə də tikinti gedirdi və artıq evin üstünü örtməyə hazırlaşırdılar. Ən sevindiricisi isə odur ki, tərtərlilərlə yanaşı ölkəmizin digər yerlərindən də bu təşəbbüsə qoşulan soydaşlarımız var. Məsələn, dülgər Fidail Qarayev əslən İsmayıllıdandır, oğlu Ülvini də yanına alaraq Bakıdan Sarıcalıya gəlib və şəhidimizin ailəsi yaşayacaq yeni evin taxta işlərini heç bir haqq götürmədən o görür".

Cebhe.info xəbər verir ki, bunu deputat Sahib Aliyev deyib.

O, bildirib ki, İsmayılbəylidə camaat öz hesablarına kəndin iki şəhidi üçün xatirə bulağı düzəldiblər:

"Biz orada olanda son tamamlama işləri gedirdi. Şəhidlərimzin ruhları qarşısında baş əyir, onların doğmalarına bu cür doğmalıq göstərənlərə isə öz sayğı və ehtiramımı bildirirəm! Əminəm, yurdumun digər yerlərində də oxşar addım atanlar var və belə hallar təşviq edilməlidir ki, onların sayı daha da çoxalsın. Orasını da deyim ki, bu bütövlük, bu birlik təkcə xeyirxahlıq yox, həm də xalqın güc göstəricisidir! Ona da əminəm ki, bütün bunları görən yetişməkdə olan yeni nəsil, indikindən də mübariz və vətənpərvər olacaq!"

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 573

Bizim Telegram səhifəmizi izləyin