hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tərtərdə yük maşını atlını vuraraq öldürüb

Tərtərdə yük maşını atlını vuraraq öldürüb

Tərtər rayonununda bir nəfər ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cebhe.info xəbər verir ki, hadisə məcburi köçkünlərin yaşadığı "Dörd yol qəsəbəsi" adlanan ərazidə qeydə alınıb. Belə ki, Bərdə rayon Xanərəb kənd sakini 1993-cü il təvəllüdlü Süleymanov Asif Şəmi oğlu bu gün axşam saatlarında at ilə evlərinə gedərkən onu yük maşını vuraraq qaçıb.

Yararlı yaxınları tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparıldığı bildirilib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 815