hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Testi dayandıran TƏBİB məsuliyyəti insanların üzərinə atdı: "Özlərini təcrid etsinlər"

Testi dayandıran TƏBİB məsuliyyəti insanların üzərinə atdı: "Özlərini təcrid etsinlər"

Xəbər verildiyi kim, simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qurumdan qeyd edilib ki, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş həcminə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Məhz bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Nəzərə alaq ki, son bir ayda ölkədə epidemioloji durum pik həddə çatıb. Koronavirusdan gündəlik ölüm sayı 20-30 nəfər arasında dəyişir. Şənbə və bazar günləri aptek və ərzaq mağazaları istisna olmaqla, bütün sahə və fəaliyyətlərə, eləcə də də ictimai nəqliyyata məhdudiyyət qoyulub. Koronavirusdan qorunmaq üçün maskadan istifadə həm açıq havada, həm də qapalı məkanlarda məcburidir. Buna baxmayaraq yoluxma artan tendensiya ilə davam edir.

Belə bir durumda simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsinə müvəqqəti məhdudiyyətin qoyulması yoluxmanın daha da artmasına rəvac verə bilər. Çünki test nəticəsi pozitiv çıxan insanların küçələrdə gəzdiyinə təsadüf edildiyi bir zamanda simptomsuz təmaslıların sərbəst hərəkəti nəticələrin daha ciddi olacağını istisna etmir.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış sözügedən qərarın verilməsini belə izah edib:

“Təmasda olanlar birmənalı olaraq ozünü təcrid etməlidirlər”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1629

Bizim Telegram səhifəmizi izləyin