hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Texnologiyalardan istifadə edərək ən az su sərfiyyatı edən hotellər mükafatlandırılacaq

Texnologiyalardan istifadə edərək ən az su sərfiyyatı edən hotellər mükafatlandırılacaq

İlin sonunadək innovasiyalar və qabaqcıl texnologiyalardan səmərəli istifadə edərək ən az su sərfiyyatı edən hotellərin təltif ediləcəyi bildirilib.

Bu haqda oktyabrın 8-də Azərbaycan Hotellər Asssosiasiyası ilə BMT-nin İnkişaf Proqramının və Qlobal Ekologiya Fondunun Kür II Proqramı arasında əməkdaşlıq çərçivəsində baş tutan tədbirdə qeyd edilib.

Dövlət Turizm Agentliyindən Cebhe.info-ya verilən məlumata görə, “H2Otel Suya Qənaət Mükafatları” adlı layihənin təlim və məlumatlandırma tədbirində ən az su sərfiyyatına nail olmuş hotellərə dekabrın 4-də baş tutacaq Azərbaycan Hotellər Assosiasiyasının 2-ci Baş Assambleyasında mükafat və sertifikatların təqdim olunacağı diqqətə çatdırılıb.

Təlim zamanı, həmçinin hotel sektorunda suyun mühafizəsinə və suya qənaətə dair tövsiyələr verilib. Bu yöndə aparılmalı işlərdən, eyni zamanda hotellərdə suya qənaət üçün istifadə oluna biləcək texniki vasitələrdən bəhs edilib.

Tədbirdə, xüsusən suyun günümüzdəki həyati əhəmiyyəti və turistlərin bu istiqamətdə məlumatlandırılmasının mühümlüyü, eləcə də hotellərin su sərfiyyatında tutduğu böyük pay barədə danışılıb.

Proqram ekspertləri Azərbaycan Hotellər Asssosiasiyasının “Resursların Səmərəli İstifadəsi” İşçi Qrupunun bu layihənin icrasında olan böyük rolunu təqdirəlayiq hesab ediblər. Cebhe.info


Oxunma sayı: 463