hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Təyyarələrdə baqaj qaydaları: Salona əl yükü ilə keçmək olar

Təyyarələrdə baqaj qaydaları: Salona əl yükü ilə keçmək olar

Əl yükünün daşınması qaydaları dəyişdirildi.

Belə ki, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarında dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Müvafiq qərara əsasən Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağalar ləğv edilir.

Yəni yeni qaydalara əsasən təyyarə salonuna əl yükünün keçirilməsinə icazə verilir.

Qeyd edək ki, indiyədək qüvvədə olan qərara əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmirdi. Aviaşirkətin qaydalarına əsasən yalnız aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilirdi:

- qadın əl çantası və ya kişi portfeli;
- ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera;
- portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);
- üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
- gül dəstəsi;
- uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi;
- çətir;
- uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar;
- ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.

Yeni qaydalara əsasən isə artıq bu qadağa ləğv edilir, əl yükünün daşınmasına icazə verilir.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan turizm üzrə ekspert Eldar Dərgahov bildirib ki, əvvəl “Azərbaycan Hava Yolları” (AZAL) gətirilən əl yükünü baqaj bölməsinə verirdi:

"Amma yeni qayday ilə əl yükü salonun içərisinə keçiriləcək. Digərləri isə baqaj bölməsinə veriləcək. Əl yükünün daşınmasına istənilən halda qadağa yox idi.

Sadəcə olaraq, pandemiya ilə bağlı olaraq əl yükü də baqaj bölməsinə verilirdi. İndi isə bu əvvəlki qaydayla salona keçirilir”.

Ülviyyə Mirzəyeva
Cebhe.info


Oxunma sayı: 1222