t Təzə evlər niyə ucuzlaşıb?- BAZARDA YENİLİK 
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Təzə evlər niyə ucuzlaşıb?- BAZARDA YENİLİK 

Təzə evlər niyə ucuzlaşıb?- BAZARDA YENİLİK 

2019-cu ilin dekabr ayı ərzində Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında orta satış qiyməti 0,24% artıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, təkrar mənzil bazarında 2,01% bahalaşma, ilkin mənzil bazarında isə 2,13% ucuzlaşma qeydə alınıb.

"2019-cu ildə daşınmaz əmlak bazarında qiymətlərdə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,62%, o cümlədən təkrar mənzil bazarında isə 2,93%, ilkin mənzil bazarında 6,62% azalma qeydə alınıb", - deyə Nüsrət İbrahimov bildirib.

Maraqlıdır, ilkin mənzil bazarlarında qiymətlərin ucuzlaşmasına səbəb olan amillər hansılardır?

Nüsrət İbrahimov Cebhe.info-ya açıqlamasında səbəbləri izah edib: 

“İlin birinci yarısında ilkin mənzil bazarında qiymətlərin artımı müşahidə olunudu. İlin ikinci yarısından etibarən isə intensiv olaraq qiymətlərin azalmasını müşahidə etdik. Bu azalmanın səbəbi ilkin mənzil bazarında satışın azalmasıdır. Tikinti şirkətləri bir növ öz maliyyə dayanıqlarını təmin etmək üçün qiymətlərdə müəyyən güzəştlərə getdi. İlin birinci yarısında qiymətlərdə təxminən 10 faiz artım etmişdilər, bunun nəticəsində satış demək olar ki, dayanmaq üzrə idi. Bu faktor ilin ikinci yarısında qiymətlərin düşməsinə səbəb oldu”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 3213