t Tik-Tok İnstagramı taxtından sala bilər
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Tik-Tok İnstagramı taxtından sala bilər

Tik-Tok İnstagramı taxtından sala bilər

"'TikTok'u sevirəm və onun heyranıyam."

Bu sözləri məşhur sosial şəbəkə platforması Snapchatin CEO-su Evan Spiegel söyləyib. Məşhur təşəbbüskar Çin mərkəzli video paylaşım tətbiqinin İnstagramı taxtından salacağını düşünür.

2011-ci ildə Evan Spiegel, Bobby Murphy və Reggie Brown tərəfindən yaradılan video və şəkil paylaşım tətbiqi Snapchat, bir zamanların ən çox istifadə edilən sosial platformalarından biri idi.

Ancaq Facebook Snapchatin story özəlliyini klonlaması Snapchatin qırılma nöqtəsi oldu.

Bütün bunlara baxmayaraq hələ də Snapchat aktualdır. Belə ki, ötən il 210 milyon aktiv istifadəçisi ilə ən çox istifadə edilən sosial platformalar arasında yer almağı bacarıb.

Snapchati əvvəlki günlərinə qaytarmağa cəhd edən edən Snapchatin CEO-su Evan, rəqib platforma olan TikToku çox sevdiyini və böyük bir heyranı olduğunu bildirib.

TikTokun messenger, whatsapp və ya WeChat kimi platformaları saymasaq, digər bütün platformaları taxtından salacağını bildirən Evan, Çin mərkəzli tətbiqin böyük bir potensiala sahib olduğunu bildirib.

Cebhe.info


Oxunma sayı: 3642