hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tikinti materialları bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi – AÇIQLAMA

Tikinti materialları bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 27-i səhər saatlarından etibarən ermənilər Azərbaycanın bütün cəbhə xətti boyu ərazilərində təxribat törədib.

Buna cavab olaraq, Azərbaycan ordusu əks-həmlə əməliyyatına başlayıb. Hazırda cəbhə boyu ərazilərdə torpaqlarımızın azad olunması üçün qızğın döyüşlər gedir. Döyüşlərdə ordumuz üstünlük əldə edərək işğal altında olan torpaqları azad edir. İşğaldan azad edilən torpaqlarımızda isə artıq yenidənqurma işlərinə başlanılıb.

Maraqlıdır, işğaldan azad olunan torpaqlarda qısa zaman ərzində geniş “tikinti bumu” baş verərsə, tikinti materialları bazarında qiymət artımı gözləniləndirmi?

Ramil Osmanlı Cebhe.info-ya açıqlamasında bildirib ki, sözsüz ki, azad olunmuş ərazilərdə tikinti işlərinin aparılması Azərbaycan iqtisadiyyatına və daşınmaz əmlak bazarına ciddi şəkildə müsbət təsir göstərəcək:

“İşğaldan azad olunmuş torpaqlarda infrastrukturun bərpası, sakinlərin yerləşdirilməsi ilə bağlı şəhərsalma tədbirlərinin həyata keçirilməsi, tikinti işlərinin aparılması Azərbaycanda iqtisadiyyatın və daşınmaz əmlak bazarının dinamikasına müsbət mənada çox ciddi təsir göstərəcək. Çünki burada söhbət ilk növbədə təbii ki, azad olunmuş torpaqların sahəsinə ayrılan vəsaitlərin həcminin ciddi şəkildə artımından gedəcək. Bura dövlət büdcəsi də daxil olmaqla digər fondlardan da qısa müddət ərzində həmin ərazilərin abadlaşdırılması ilə əlaqədar infrastrukturun bərpası üçün çox əhəmiyyətli dərəcədə vəsaitlər ayrılacaq”.

Ekspert qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər daşınmaz əmlak bazarına da müsbət təsir edəcək:

“Həmin vəsaitlər məşğulluğu artırmaqla yanaşı iş yerlərinin yaradılmasına, ayrı-ayrı sahələrdə iş həcminin artımına, ölkədə dövriyyədə olan pul vəsaitlərinin həcminin artımına və həmin vəsaitlərin bir hissəsinin yenidən daşınmaz əmlak bazarına dönməsinə təkan verəcək. Bu da öz növbəsində daşınmaz əmlak bazarında aktivliyi çox ciddi şəkildə artıracaq. Yəni proses iqtisadiyyatın ayrı-ayrı sahələri ilə yanaşı daşınmaz əmlak bazarının da inkişafına müsbət təsir göstərəcək”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1607

Bizim Telegram səhifəmizi izləyin