hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Tikinti materiallarının istehsalında artım: 3 ayda 10 faiz

Tikinti materiallarının istehsalında artım: 3 ayda 10 faiz

2021-ci ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 134,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb.

Cebhe.info xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, həmin dövr ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 50,4 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 43,5 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 34,4 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 26,7 faiz, tikinti əhənginin istehsalı 21,9 faiz, tikinti gipsinin istehsalı 10,3 faiz, tikinti kərpicinin istehsalı 2,7 faiz artıb, sementin istehsalı 8 faiz, asfaltın istehsalı isə 83,7 faiz azalıb.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 584