hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Tikintiyə yeni QADAĞA: Məktəb, poliklinika, uşaq bağçası olmasa...

Tikintiyə yeni QADAĞA: Məktəb, poliklinika, uşaq bağçası olmasa...

Sosial infrastruktur- məktəb, xəstəxana, uşaq bağçası, poliklinika olmadan yeni mikrorayonların, yaşayış massivlərinin tikintisi qadağan ediləcək. 

Cebhe.info xəbər verir ki, bununla bağlı Rusiyada mövcud qanunvericiliyə dəyişiklik etmək nəzərdə tutulur. Artıq Dövlət Dumasında müvafiq qanunvericilik aktlarına dəyişiklik nəzərdən keçirilir.

Belə təşəbbüslə spiker Vyaçeslav Volodin çıxış edib. O bildirib ki, əgər qanunda müvafiq dəyişiklik edilərsə, bu, parlamentdəki bütün fraksiyalar tərəfindən dəstəklənəcək.

Spikerin sözlərinə görə, hazırda insanlar məktəb, xəstəxana, uşaq bağçası, poliklinika, istirahət obyektləri olmayan yaşayış məntəqələri, mikrorayonlara köçürülür. "Beton qutular verilir, sonra da məktəb və ya poliklinika üçün pul axtarılır",- deyə spiker qəzəblənib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1387