hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

TIR sürücüləri, iş adamları Azərbaycana ikinci dalğanı gətirəcək? - Həkimlər istisna etmir

TIR sürücüləri, iş adamları Azərbaycana ikinci dalğanı gətirəcək? - Həkimlər istisna etmir

Artıq bir neçə aydan sonra 1 illiyini "qeyd edəcəyimiz" koronavirus bir çox ölkədə ikinci dalğaya keçid edib.

Məsələn, Çexiya Səhiyyə Nazirliyi ölkədə yoluxma sayının artdığını bildirib. Ölkənin baş epidemioloqu Roma Primulanın sözlərinə görə, ölkədə artıq karantinin ikinci mərhələsi başlayır. İsrail də artıq özünü təcrid edib. Ölkədə yoluxma sayının artması bunu vacibləşdirib.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca da yoluxmanın artması ilə bağlı insanlara xəbərdarlıq edib. Gürcüstan, Almaniya, İspaniya, Avstriya kimi ölkələr də qapanmaya gedib və hökumətlər ikinci dalğanın başladığını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı isə oktyabr-noyabr aylarında koronavirusun ikinci dalğasının daha sürətlə başlayacağını bildirərək, ölü sayının da artıq olacağına dair xəbərdarlıq edib.

Maraqlıdır ki, qonşu ölkələrdə və dünyada yoluxmanın artması Azərbaycana təsir edəcəkmi?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, yoluxmada zirvəyə qalxma müşahidə ediləcək:

"Bəli, bizdə də yoluxmada birdən-birə zirvəyə qalxma olacaq. Amma bunun qonşu ölkələrdən gəlməyinə ehtiyac yoxdur. Azərbaycanın daxili resursları ikinci dalğanı "partlatmağa" qadirdir. Yoluxmanın hansı arada pik həddə olması isə bizim davranışımızdan aslıdır. Məsələn, ölümlərin əksəriyyətinin səbəbi o idi ki, düzgün yardım göstərilə bilmirdi. Çünki səhiyyə sistemi yüklənmişdi, karantin də buna görə uzadılırdı".

Pediatr Vaqif Qarayevin fikrincə, qonşu ölkələrdəki yoluxmanın tempi Azərbaycana da təsir göstərmək gücündədir:

"Bizdə onsuz da sərhədlər bağlıdır. Amma bir məsələ var ki, Gürcüstanda yoluxma sayı kəskin azalanda - 1, 2 yoluxma olanda da deyirdilər ki, virusu TIR sürücüləri gətirir. Çünki ticari əlaqələr qalırdı. Azərbaycanda da bunu müşahidə edə bilərik. Məsələn, Gürcüstandan ən çox maşın idxalı Azərbaycanadır, deməli, gediş-gəliş var. Həmin ticari əlaqələri quran şəxslər də virusu gətirə bilər. Ona görə də sərhəddən keçən istənilən şəxs çox ciddi qaydada yoxlanılmalıdır. Məsələn, Gürcüstan tərəfi yoxlayıb, sonra buraxır. Amma bizdə də gələn şəxslər yoxlanılmalıdır. Yadınızdadırsa, Gürcüstanda olan ilk yoluxma azərbaycanlıda tapılmışdı. Bu, biabrçı hadisə idi. Yaxşı ki, bunu siyasiləşdirmədilər. Demək istəyirəm ki, yoluxma qonşu ölkədə artırsa, ehtiyatlı olmalıyıq, bizə də təsirləri ola bilər".

Naibə
Cebhe.info


Oxunma sayı: 3906

Bizim Telegram səhifəmizi izləyin