hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

TN: İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək

TN: İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək

Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb.

Bu barədə Təhsil Nazirliyindən (TN) məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.

“Dövlət başçısının 8 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb. Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”, - deyə məlumatda qeyd olunub.

Cebhe.info


Oxunma sayı: 1838