hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Tofiq Məmmədovun saxlanılmasının onun siyasi mənsubiyyətilə əlaqəsi yoxdur

Tofiq Məmmədovun saxlanılmasının onun siyasi mənsubiyyətilə əlaqəsi yoxdur

Bakı Şəhər Baş Polis İdarəsi “Yurd” üzvü Tofiq Məmmədovla bağlı məlumat yayıb.

Cebhe.info xəbər verir ki, məlumatda bildirilir ki, qanunsuz küçə ticarəti ilə məşğul olan Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyətilə əlaqəsi yoxdur:

“T.Məmmədov əvvəllər CM-nin 177.2.1 maddəsi ilə məhkum olunan, həmçinin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə, dəfələrlə inzibati məsuliyyətə cəlb olunub. O, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun “İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərdiyinə görə, Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da o, bu təkliflərdən imtina edib, yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib. Həmin iddiallar əsassızdır, həqiqəti əks etdirmir”.
Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 496