hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tofiq Yaqublu Penitensiar Xidmət əməkdaşları və həkimindən razılıq edib - VƏKİL

Tofiq Yaqublu Penitensiar Xidmət əməkdaşları və həkimindən razılıq edib - VƏKİL

Barəsində çıxarılan 4,3 illik həbs cəzasıyla razılaşmayan həbsxanada aclıq aksiyası keçirən Qarabağ qazisi, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasının 15-ci günüdür.

Xəbər verdiyimiz kimi, Tofiq Yaqublu ilə görüşə ancaq bir vəkili - Elçin Sadıqov buraxılıb. Digər iki vəkil Aqil Layıc və Nemət Kərimlinin görüşünə isə icazə verilməmişdi.

Cebhe.info xəbər verir ki, bu gün vəkil Aqil Layıcın Tofiq Yaqublu ilə görüşünə icazə verilib. Vəkil bildirib ki, Tofiq Yaqublunun səhhətində problemlər yaranır:

“Artıq fikirləri aydın olsa da, ifadə etməkdə fizioloji çətinlik çəkir, gözlərinin görməsində problemlər baş qaldırıb, əllərini belə yumağa çətinlik çəkir. İndiyənə qədər qida və qidaverici sistemlərdən imtina edir.

Qeyd etdi ki, ona qarşı olan ədalətsizliyə son qoyulmasa, sudan belə imtina edəcək. Ehtiyaclarını Penitensiar Xidmətin əməkdaşlarının köməyi ilə həyata keçirir. Penitensiar Xidmətin əməkdaşlarının davranışlarından çox razılıq bildirdi. Həmçinin xüsusilə qeyd etdi ki, həkim Adil Qeybulla möhtəşəm işlər görərək, onun körpə uşaq kimi qayğısına qalır və xahiş etdi ki, həkimi barədə olan manipulyasiyalara son qoyulsun".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 727