hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Tofiq Yaqublu susur: "Xəbərim yoxdur"

Tofiq Yaqublu susur: "Xəbərim yoxdur"

“Müsavat Partiyasında bütün məsələlər müzakirə yolu ilə həll olunur. Tofiq Yaqublu deyirdi ki, əgər şəxs bir gün belə Müsavata üzv olubsa, ona arayış verilməldir. Nemət Kərimli isə deyirdi ki, heç kəsə arayış verilməməlidir.Nəticədə qəbul olundu ki, sorğu gələrsə, sorğuya cavab verilməldir”.

Qeyd edək ki, bunu Almaniyada saxta mühacir alverində müsavatçıların da adının hallanmasına dair xəbərlərlə bağlı mətbuat konfransı keçirən başqan Arif Hacılı deyib.

“Hər kəsin bir mövqeyi var. Qərar səsvermə yolu ilə qəbul olunurdu. Müsavatın fəaliyyəti şəffafdır. Bizdə xırda məsələlər də böyük müzakirələrə səbəb olur”, - deyə Arif Hacılı vurğulayıb. 

Arif Hacılının mühacir qalmaqalı ilə bağlı məsələlərə münasibət bildirərək məhz Tofiq Yaqublunun adını çəkməsi maraq doğurub.

Cebhe.info xəbər verir ki, Tofiq Yaqublu məsələ ilə bağlı açıqlama vermək istəməyib:

“Bildiyiniz kimi, mən həbsdən yeni çıxmışam. Özüm də səfərdəyəm. Nə mətbuat konfransından, nə də orada deyilənlərdən xəbərim var. Həbsimlə bağlı sualları cavablandıra bilərəm”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1013