hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum oldu

Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum oldu

Müsavat Partiyasının üzvü, 15 gündür aclıq aksiyası keçirən Tofiq Yaqublunun apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Cebhe.info xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, Tofiq Yaqublunun barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi ilkin baxış iclasını 28.09.2020-ci il tarixə, saat 15:00-a təyin edilib.

Xatırladaq ki, hazırda T.Yaqublu özəl xəstəxanaya yerləşdirilib. O, 4,3 il həbs cəzasını özünə qarşı haqsızlıq və ədalətsizlik hesab edir.

Cebhe.info


Oxunma sayı: 1772