hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Toğanadan Kəlbəcərə çəkilən “Polad yolu”-FOTO

Toğanadan Kəlbəcərə çəkilən “Polad yolu”-FOTO

Toğanadan Kəlbəcərə çəkilən yolun görüntüləri yayılıb.

Cebhe.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan footlardan yolun olduqca möhtəşəm görüntüyə malik olduğu görünür. Yolu çəkən Türkiyə şirkəti onu Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsinə “Polad yolu” adandırıb.

Cebhe.info xatırladır ki, Göygölün Toğanalı kəndindən başlayaraq, Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun tikintisi üçün ilkin işlərə fevralayında başlanılıb.
Yolun 2-3 hərəkət zolaqlı olması nəzərdə tutulur. Enişli-yoxuşlu ərazilərdə 3, digər ərazilərdə isə 2 hərəkət zolaqlı olması planlaşdırılır. Bu ikinci texniki dərəcəli avtomobil yolu olacaq. 3500 metrlik hündürlükdə yerləşən Murovdağ silsiləsi çətin keçilən relyefə malik olduğuna görə, dağ silsiləsini tunellər vasitəsilə keçmək nəzərdə tutulur. Tunellərin uzunluğu 10-12 kilometr olacaq.

Ümumilikdə layihədə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun uzunluğu 190 kilometrdir. Bu, nəqliyyat vasitələrinin Qarabağa şimaldan daxil olmasını təmin edəcək bir layihə olacaq.

Kəlbəcərə həmçinin, cənub istiqamətindən də yolun çəkilməsi nəzərdə tutulub:

Ermənistan sərhədindən - Mincivan magistral yolundan Qubadlı-Laçın istiqamətində də yolun inşaası ikinci texniki dərəcəli olacaq. Bununla da həm şimaldan, həm də cənubdan Füzuli-Şuşa yolundan əlavə, Laçın istiqamətində hərəkət etmək mümkün olacaq. Bu isə gələcəkdə ümumilikdə regionun, turizmin, sənayenin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Çünki istər Gürcütsan, istərsə də İran, Türkiyə və Naxçıvan istiqamətindən gələn nəqliyyat vasitələri rahat şəkildə bu dəhlizdən istifadə edə biləcəklər.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3906