hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Tokio-2020: Sabah iki idmançımız mübarizəyə qoşulacaq

Tokio-2020: Sabah iki idmançımız mübarizəyə qoşulacaq

"Tokio-2020” Yay Olimpiya Oyunlarının beşinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulacaq.

Cebhe.info xəbər verir ki, atletlərimiz idmanın 2 növündə güclərini sınayacaqlar.

Cüdo yarışlarının dördüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olacaq.

Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edəcək. Qrup mərhələsinin birinci turunda badmintonçumuz Vyetnam idmançısı Tien Min Nguyen ilə qarşılaşacaq.

Cebhe.info


Oxunma sayı: 595