hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Tonoyan erməni əsgərin Azərbaycana keçməsini ört-basdır edir 

Tonoyan erməni əsgərin Azərbaycana keçməsini ört-basdır edir 

Ermənistanın müdafiə naziri David Tonoyan əsgər Araik Kazaryanın avqustun 12-də könüllü olaraq Azərbaycan tərəfinə keçməsini gizlətməyə çalışır.

Cebhe.info-nun məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi avqustun 13-də əsgər Kazaryanın cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinə təslim olduğunu rəsmən təsdiqləyib.

Lakin faktı gizlətməyə çalışan nazir Tonoyan ziddiyyətli bəyanatla çıxış edib. "İstintaqın davam etməsinə baxmayaraq, mən hesab edirəm ki, Azərbaycan tərəfdə olan Ermənistanın hərbi qulluqçusu yolu azıb. Mən şəxsən əsgərimizin azdığına əminəm"-deyən David Tonoyan Beynəlxalq Qırmız Xaç Komitəsinə müraciət etdiyini bildirib. Halbuki, Araik Kazaryanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçdiyini əks etdirən fotoşəkillər var.

Erməni əsgər dindirilmə zamanı xidmət etdiyi hərbi hissədə komandirlər tərəfindən döyülmə, zorakılıq və işgəncə hallarından xilas olmaq üçün Azərbaycana təslim olmaq qərarına gəldiyini deyib. Onun sözlərini bədənindəki zədələr və gemotomalar da təsdiq edir.
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 870