hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Topçu Vüsal döyüşdəki fotosunun içki şüşəsinə vurulmasına NƏ DEDİ?

Topçu Vüsal döyüşdəki fotosunun içki şüşəsinə vurulmasına NƏ DEDİ?

Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərində vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Əsgərin atası İslam Şahkərimov bu barədə "Ölkə.Az"-a bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib:

"Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vətən müharibəsinin əsas simalarından hesab edilir.

Cebhe.info


Oxunma sayı: 4313

Bizim Telegram səhifəmizi izləyin