hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Toronto "koronavirus lokdaunu"na hazırlaşır

Toronto "koronavirus lokdaunu"na hazırlaşır

Kanadanın Toronto şəhərində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə noyabrın 23-dən 28-dək “koronavirus lokdaunu" tətbiq ediləcək.

Cebhe.info xəbər verir ki, bu barədə Toronto bölgəsinin rəhbəri Daq Fordun sözlərinə istinadən TASS məlumat yayıb.

Məlumata görə, yeni tətbiq olunan qadağalar Toronto ilə yanaşı olan Pil bölgəsində də tətbiq ediləcək.

Yeni qadağalara əsasən, yalnız məktəb, aptek və ərzaq mağazaları işləyəcək. Qalan bütün ictimai iaşə müəssisələri bağlı olacaq.

Sakinlərə isə lazım olmadıqda yaşayış yerini tərk etməmək tövsiyə edilib və qaydanı pozanları isə cərimə gözləyir.

Qeyd edək ki, ÜST məlumat yayıb ki, bu həftə dünyada koronavirusa yoluxma sayı rekord dərəcədə artıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 738

Bizim Telegram səhifəmizi izləyin