hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Torpaq əlinizdən alına bilər: Yenidən bölüşdürüləcək, əgər...

Torpaq əlinizdən alına bilər: Yenidən bölüşdürüləcək, əgər...

Pay torpaqları o halda yenidən bölüşdürülə bilər ki, həmin pay torpaq sahəsinin vətəndaşa verilməsi qərarı ləğv olunsun”. 

Cebhe.info-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev belə deyib:

“Əgər pay torpaq sahələri paylanıbsa, yenidən bölüşdürülməsi o zaman mümkün olar ki, həmin pay torpağı hansısa səbəblərdən sahibindən alınsın. Tutaq ki, sahibi torpağı istifadə etmir və ya torpağın təyinatına zidd olaraq istifadə edirsə, torpaq ondan alına və bölüşdürülə bilər. Yəni ilk növbədə torpağın həmin vətəndaşa verilməsi qərarı ləğv olunmalı, torpaq mülkiyyətçiyə qayıtmalı və torpağın aqibəti barədə yenidən qərar çıxarılmalıdır”. 

Digər bir məsələ isə varisi olmayan şəxsə məxsus pay torpaqlarının sonrakı aqibətidir:

“Əgər pay torpağın sahibi dünyasını dəyişibsə və həmin torpağın istifadəçisi yoxdursa, o zaman həmin torpaqlar dövlətin balansına keçir”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 2872