hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Tovuz dəmir yol stansiyasında NARAZILIQ: Qatar 1 saat gecikdi

Tovuz dəmir yol stansiyasında NARAZILIQ: Qatar 1 saat gecikdi

665 saylı Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkətində problem yaranıb.

Cebhe.info-nun müxbirinin Tovuzdan verdiyi məlumata görə, qatarın gecikməsi ilə əlaqədar sərnişinlər vağzalda gözləmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Böyük-Kəsik-Bakı sərnişin qatarı Tovuz şəhər dəmir yol stansiyasından saat 21:59-da yola düşür.

Qatar saat 23:12 dəqiqədə gəlib çıxıb. Gecikmə ilə əlaqədar sərnişinlər arasında ciddi narazılıq yaranıb.

Sərnişinlərin verdiyi məlumata görə, gecikməyə səbəb elekrtrik xəttində yaranmış nasazlıq olub.
Aydın
Cebhe.info


Oxunma sayı: 1233