hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Tovuz şəhidlərlə belə vidalaşdı: Azərbaycan bayraqları və alqış - VİDEO

Tovuz şəhidlərlə belə vidalaşdı: Azərbaycan bayraqları və alqış - VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Tovuzda axşam saatlarında şəhidləri yola salma mərasimi keçirilib. Yüzlərlə insan küçələrə çıxaraq şəhidləri alqışlarla, Azərbaycan bayraqları ilə yola salıb.

Cebhe.info bu görüntüləri təqdim edir.

Cebhe.info


Oxunma sayı: 3466