hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Tovuzun bu küçəsinə 25 ildir su verilmir - ŞİKAYƏT - FOTOLAR

Tovuzun bu küçəsinə 25 ildir su verilmir - ŞİKAYƏT - FOTOLAR

Tovuz rayonunda içməli su problemi hələ də həllini tapmır. 

Şəhərin Xaqani küçəsində yerləşən binalara 25 ildir su verilmir. 

Bu barədə məlumatı Cebhe.info-ya “Altay” Araşdırma Mərkəzinin sədri, tanınmış jurnalist Elçin Bayramlı verib.

Onun sözlərinə görə, sakinlər məcbur qalıb alternativ yollara baş vururlar:

“İki beşmərtəbəli binanın sakinləri öz hesablarına balaca bir artezian qazdırıb, o da az su verir. Hətfədə bir dəfə su vurulur, hamı evdəki çənini doldurur. O da heç 2-3 günə çatmır. Ona görə də bəziləri 500-1000 manat kreditə girib özünə əlavə çən alıb, düzüb blokların qabağına. Şəhər su xəttindən bu binalara bircə damcı da su verilmir. Halbuki son 15 ildə rayonun içməli su probleminin həllinə milyonlarla pul ayrılıb”. 

E. Bayramlı bildirib ki, su probleminin həlli üçün ayrılan pulların necə xərclənməsi ilə bağlı məlumatlar əldə edib. Yaxın günlərdə bu məlumatları ictimaiyyətə açıqlayacaq: “Bu pulların necə xərcləndiyi haqda mənə mötəbər mənbədən çox maraqlı məlumatlar verilib. Yaxın günlərdə bu haqda geniş və detallı araşdırma hazırlayıb mətbuatda ictimailəşdirəcəm. Məsələ təkcə Tovuzla da bitmir. Respublika səviyyəsində su təchizatı ilə bağlı çox maraqlı faktlar əldə etmişəm”. 

Jurnalist bildirib ki, Tovuz şəhərinin bəzi yerlərinə suyun verilməməsi çoxsaylı problemlərə yol açır: “7 gündür ki, Tovuz şəhərində anamgilin evində qalıram. Bu istinin günündə hələ yuyuna bilməmişəm. Çünki su o qədər azdır ki, krana gəlib çatmır. Məcbur gedib qohum evində yuyunuram. Şəkildə gördüyünüz bizim hamamdır. Su qablarından ayaq qoymağa yer yoxdur. Çünki hamamdakı 500 litrlik çən 2 günə qurtarır,  ona görə bu qabları da doldururlar. Digər şəkildə binamızın qabağında düzülmüş çənlərdir. Bir bu qədər də dama qoyulub. Kiminsə bir neçə günlük qonağı gələndə maşınla su gətizdirir. Hələ 13 il qabaq mən yerli televiziyada işləyəndə Zəyəmçaydan Tovuza su kəmərinin çəkilişi başa çatmaq üzrəydi. O xəttin şəhərin su ehtiyacını tam ödəycəyi deyilirdi. 13 ildə vəziyyət daha da pisləşib. XXI əsrdə belə biabırçılıq olmaz!”

Aydın
Cebhe.info


Oxunma sayı: 1431