hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Toyuq əti bahalaşacaq? - “Broylerlər tərəfdar deyil...” - SƏDR

Toyuq əti bahalaşacaq? - “Broylerlər tərəfdar deyil...” - SƏDR

“İsmayıllı Quşçuluq” ASC 2019-cu ili 14 min 74 manat zərərlə başa vurub.

Xatırladaq ki, şirkət 2017-ci ili 662 manat, 2018-ci ili 210 manat xalis mənfəət ilə başa vurmuşdu. 2016-cı ildə 263 min manat olmuş satışlar 2017-ci ildə 103 min manata, 2018-ci ildə isə 5 min 745 manata düşmüşdü. 31 Dekabr 2019-cu il tarixində “İsmayıllı Quşçuluq” 1 milyon 954 min 927 manat cəmi aktivlərə malik olub.

Son günlər aktual olan məsələlərdən biri də toyuq ətinin qiyməti ilə bağlıdır. Belə ki, toyuğun çəkisindən asılı olaraq dəyişən qiymətin bahalaşacağı barədə məlumatlar səslənir. Məlumata görə, quşçuluq fabrikləri bu vasitə ilə onlara dəyən zərəri müəyyən qədər qarşılamağa cəhd edəcək.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirir ki, heç bir qiymət artımından söz gedə bilməz:

"İnzibati yolla heç nə tənzimlənmir, əvvəlcədən dəqiq məlumat vermək nə dərəcədə doğrudur bilmirəm, amma qiymət artımı gözlənilmir".

Onun sözlərinə görə, broylerlər də qiymət artımının tərəfdarı deyil:

“Bir vaxtlar mal əti, qoyun əti, toyuq əti - hamısı eyni qiymətə olub, artırmağın tərəfdarı olsaydıq, elə o zamandan artırardıq”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2883