hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Tramp Rusiyanın adamıdır?-Çoxdan gözlənilən hesabat açıqlandı: NƏTİCƏ BƏLLİDİR

Tramp Rusiyanın adamıdır?-Çoxdan gözlənilən hesabat açıqlandı: NƏTİCƏ BƏLLİDİR

ABŞ-da xüsusi prokuror Robert Müllerin prezident Donald Trampın Rusiya ilə əlaqəsinə dair araşdırması başa çatıb.

Cebhe.info xəbər verir ki, xüsusi olaraq bu məsələnin araşdırılması üçün yaradılan qrupun əldə etdiyi nəticə ABŞ Konqresinə təqdim olunub. ABŞ baş prokuroru Uilyan Barr sənədi konqresmenlərə təqdim edib.

Bildirib ki, xüsusi komissiya Trampın qərargahının və ya kimlərinsə Rusiya ilə razılaşmaya getdiyini, 2016-cı il prezident seçkisinə təsirini müəyyən etməyib. Bundan başqa baş prokuror göstərib ki, prezidentin araşdırmaya təsir göstərmək cəhdi də aşkarlanmayıb. Beləlikə də prezident Donald Trampın günahı sübuta yetirilməyib və o, günahkar hesab olunmayıb. Baş prokuror bildirib ki, hesabat ona 22 martda təqdim olunub. Ötən müddət ərzində o, sənədlə yaxından tanış olub, detalları, epizodları öyrənib.

Xəzər

Cebhe.info

 


Oxunma sayı: 1647