hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Tramp 300 pillə gerilədi – SƏRVƏTİ

Tramp 300 pillə gerilədi – SƏRVƏTİ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hakimiyyətdə olduğu dörd ildə sərvəti 1 milyard dollardan çox azaldığına görə “Forbes” jurnalının milyarderlər siyahısında 300-ə pillə geriləyib.

Cebhe.info-nun məlumatına görə, Tramp “Forbes”in siyahısında 2,4 milyard dollar sərvəti ilə 1299-cu yeri tutub. Ötən il o, 1001-ci yerdə qərarlaşmışdı.

“Forbes”-in yazdığına görə, Trampın prezident vəzifəsinə başladığı 2017-ci ilin yanvarında sərvəti 3,5 milyard dollar olub.

Eks-prezident kapitalı böyüyən digər milyarderlərlə ayaqlaşa bilmədiyi üçün reytinqinin düşdüyü qeyd olunur.

Tramp “TheHil” nəşrinə açıqlamasında “Bu, belə olmalıdır” deyib. “Siyasətçi hakimiyyətdə olarkən pul qazanmamalı, varlı adam daha az gəlirlə vəzifəsindən getməlidir. Ona görə də insanlar məni sevirlər. Çünki dürüstəm. Əksər siyasətçilərdən fərqli olaraq varlanmaq üçün qaçmadım. Ölkəmizi qurtarmaq üçün milyardlarla dollar verdim”, - deyə Tramp bildirib.

“The Hill” yazır ki, Tramp koronavirus peyvəndi hazırlamaq səyləri ilə öyünməyə davam edir. O, bunun sayəsində iqtisadiyyatın, xüsusilə turizm sektorunun bərpasına kömək edəcəyini deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 353