hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Tramp artıq 30 milyon dollar yığıb: HAZIRLIQ

Tramp artıq 30 milyon dollar yığıb: HAZIRLIQ

ABŞ prezidenti Donald Tramp gələcəkdəki seçki kampaniyası üçün artıq pul toplamağa başlayıb. 

Cebhe.info xəbər verir ki, 3 aya Tramp artıq 30 milyon dollar yığıb. 

“The New York Times” yazır ki, Trampın rəqibləri bu kampaniyada hələ geri qalır. Belə ki, senator Berni Sanders 18 milyon, başqa bir namizəd, demokrat Kamala Harris 12 milyon dollar toplaya bilib.

Trampın seçki qərargahı bildirib ki, hesabatı hələ aparılmayan vəsaitlə birlikdə toplanan pul 40 milyona yaxındır. İlin sonuna qədər 1 milyard dollar yığılması gözlənilir. 

Ölkədə növbəti prezident seçkisi 2020-ci ili 3 noyabrında keçiriləcək. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 899