hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp atəşkəsin pozulmasına görə məyus olub

Tramp atəşkəsin pozulmasına görə məyus olub

ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında humanitar atəşkəsin pozulmasına görə məyus olduğunu açıqlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasından çox məyus oldum. 30 ildir konfilikti davam etdiririlər. Onlar birlikdə addımlamırlar. Əllbəttə, mən məyus olmuşam. Təbii, iki ölkə üz-üzə olanda belə şeylər baş verir. Bu iki ölkə uzun zamandır münaqişəni həll etməyə çalışırlar. Ümid edirəm ki, qısa zamanda birlikdə danışıqlara oturacaqlar”, -deyə Tramp bildirib.

Qeyd edək ki, oktyabrın 25-də Ermənistan və Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə Dağlıq Qarabağ regionunda humanitar atəşkəslə bağlı razılığa gəliblər. Lakin Ermənistan tərəfi atəşkəsə əməl etməyərək Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış yerlərini atəşə tutmaqda davam edir.

Bu gün Ermənistan ordusunun Bərdə rayonunu raket və ağır artilleriyadan atəşə tutması nəticəsində 4 mülki şəxs həlak olub, 13 nəfər yaralanıb.

Cebhe.info


Oxunma sayı: 1299

Bizim Telegram səhifəmizi izləyin