hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp "Facebook"a keçdi: İlk işi cəza oldu

Tramp "Facebook"a keçdi: İlk işi cəza oldu

ABŞ Prezidenti Donald Tramp ictimai rəy araşdırmalarında rəqibi Co Baydendən geri qaldığına görə kampaniyanın direktoru Brad Parskalı işdən çıxardıb.

Tramp bu xəbəri "Facebook" sosial şəbəkəsi vasitəsi ilə elan edib.

Cebhe.info xəbər verir ki, noyabrda baş tutacaq prezident seçkilərinə 4 aydan az müddətin qalmağı səbəbi ilə ABŞ-da namizədlərlə bağlı ictimai rəy kampaniyası başladılıb. Kampaniya nəticəsində Donald Tramp rəqibi - Demokrat Partiyanın namizədi Co Baydendən geridə qalıb. Bu səbəbdən 2016-cı ildən etibarən kampaniyanın direktoru olan Brad Paskalı vəzifədən çıxarıb, yerinə Bil Stepyeni direktor vəzifəyəsinə gətirib.

O, "Twitter" sosial şəbəkəsindəki məhdudiyyətlər səbəbi ilə xəbəri "Facebook" sosial şəbəkəsindən açıqlayıb.

Stepyen isə yeni vəzifəsi haqqında belə deyib: "Prezident Trampa xidmət etməyə davam etmək şərəfdir. Kampanyaya direktorluq etdiyim müddətdə ölkədəki bütün ştatlarla əməkdaşlıq etməyə çalışacağam.

Trampın yenidən prezident seçilməsi üçün bütün cəhdləri göstərəcəyəm".

Qeyd edək ki, 2009-cu ildəki Kris Kristinin uğurlu kampaniyasını idarə edən Stepiyen ABŞ-ın ən yaxşı siyasi məsləhətçilərindən hesab olunur.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1761

Bizim Telegram səhifəmizi izləyin