hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp jurnalistin sualına görə konfransı tərk etdi - VİDEO

Tramp jurnalistin sualına görə konfransı tərk etdi - VİDEO

ABŞ Prezidenti Donald Tramp “CBS Nyus”un müxbirinin gözlənilməz sualından sonra mətbuat konfransını tərk edib.

Unikal.org xəbər verir ki, hadisə dövlət başçısının Nyu-Cersi ştatında çıxışı zamanı baş verib.

Trampın "Veteranların seçimi" layihəsinin onun administrasiyasının xidməti olması barədə sözlərindən sonra müxbir Paula Rid prezidentin yalan məlumat verdiyini, sözügedən layihənin 2014-cü ildə qəbul edildiyini bildirib.

Tramp digər jurnalistə söz verməyə çalışsa da, P.Rid sualını təkrar edərək prezidentin sözünü kəsib.

Ardınca isə Tramp mətbuat konfransını sonlandıraraq zalı tərk edib.

Cebhe.info


Oxunma sayı: 2322