hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp keçmiş modelə tualetdə təcavüz edib - Şok açıqlama

Tramp keçmiş modelə tualetdə təcavüz edib - Şok açıqlama

Keçmiş model Emi Dorres ABŞ Prezidenti Donald Trampı yersiz seksual hərəkətlərə yol verməkdə ittiham edib.

Cebhe.info-nun məlumatına görə, o, bu barədə “The Guardian”a açıqlama verib.

Emi Dorres bildirib ki, 1997-ci il sentyabrın 5-də “US Open” tennis turnirində Tramp tərəfindən təcavüzə məruz qalıb. Onun sözlərinə görə, Tramp VIP lojadakı tualetdə ona yaxınlaşıb və bütün bədənini söykəyərək modeli zorla öpməyə çalışıb.

“O, məni tutdu və çıxa bilmədim. Mən bilmirəm dilin boğaza soxulması necə adlanır. Onu dişlərimlə itələdim. Bəlkə də obrazlı desək, onun dilini kəsdim”,-Emi Dorris belə deyib.

Dorris Trampla görüş barədə dediklərini təsdiq etmək üçün “US Open”ə bileti və Nyu-Yorkda Trampla birlikdə poz verərək çəkdirdiyi altı fotoşəkil təqdim edib. Tramp o zaman 51 yaşında olub və ikinci həyat yoldaşı Marle Meyplsla evli idi.

Dorris 2016-cı ildə- bir neçə qadın ozamankı Respublikaçılar Partiyasından prezidentliyə namizəd barəsində açıq ittihamlar irəli sürdüyü zaman Trampın əxlaqsız davranışı barədə danışmağı planlaşdırdığını söyləyib.

“Ancaq sonra hesab etdim ki, bu açıqlamalar onun ailəsinə zərər verə bilər”,-deyə Emi Dorres qeyd edib.

“İndi mənim qızlarım 13 yaşına çatmaq üzrədir. Mən istəyirəm onlar bilsinlər ki, heç kimə istəmədiyinizi etməyə icazə vermək olmaz”,-deyə sabiq model müsahibəsində bildirib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 705