hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Tramp Kraliça II Yelizavetanı təbrik etdi

Tramp Kraliça II Yelizavetanı təbrik etdi

ABŞ prezidenti Donald Tramp İngiltərə kraliçası II Yelizavetanı 94 yaşı münasibətilə təbrik edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü müavini Judd Deerenin yazılı açıqlamasına görə, Tramp və Kraliça II Elizabeth arasında telefon danışığı olub.

Belə ki, Tramp, telefon danışığı zamanı Elizabetin 94 yaşını təbrik edib və yeni növ koronavirus (COVID-19) səbəbiylə həyatını itirənlərə görə İngilis xalqına başsağlığı verib.

COVID-19-u məğlub etmək və qlobal iqtisadiyyatı yenidən aktivləşdirmək istiqamətində sıx əməkdaşlığı təkrarlayan Tramp və Kraliça II Yelizaveta ABŞ ilə İngiltərə arasında “xüsusi bir əlaqənin” olduğunu vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 2311