hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp: “Baydeni və bütün ailəsini korrupsiyaya görə həbsxanaya salmaq lazımdır”

Tramp: “Baydeni və bütün ailəsini korrupsiyaya görə həbsxanaya salmaq lazımdır”

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından rəqibi Co Baydenin ailəsini cinayətkar qrup adlandırıb.

Cebhe.info-nun məlıumatına görə, Donald Tramp Corciya ştatında seçki kampaniyası zamanı tərəfdarları qarşısında çıxışı zamanı belə deyib.

Ağ Evin rəhbəri bildirib ki, Baydeni yaxın qohumları ilə birlikdə korrupsiyaya görə həbsxanaya atmaq lazımdır.

Qeyd edək ki, bu yaxınlarda media yenidən Baydenin oğlu Hanterin altı ildir Ukraynanın “Burisma” şirkətində direktorlar şurasının üzvü olması məsələsini qaldırıb.

“Sizə deyirəm, Bayden ailəsi korrupsiyalaşıb. Bu korrupsioner bir ailıədir” - deyən Tramp sonra qışqırıb: “Onlar yerində oturdulmalıdır!”

“Hanterin etdiyini mənim uşaqlarımın etdiklərini təsəvvür edə bilirsinizmi? Mənim baxışlarıma görə, bu, cinayətkar qruplaşmadsır ”, - ABŞ prezidenti əlavə edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 969

Bizim Telegram səhifəmizi izləyin