hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp: “Bəşər Əsədi öldürmək istəyirəm”

Tramp: “Bəşər Əsədi öldürmək istəyirəm”

“ABŞ administrasiyasının Suriya Prezidenti Bəşər Əsədi öldürmək niyyəti ilə bağlı etirafları Amerika rəhbərliyinin siyasi etik səviyyəsini göstərir”.

Cebhe.info-nun məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda ABŞ Prezidenti Donald Trampın Bəşər Əsədi aradan götürmək variantının nəzərdən keçirildiyinə dair fikrini şərh edərkən belə qeyd edilib.

Xarici İşlər Nazirliyi bildirib ki, bu cür ifadələr yalnız öz məqsədlərinə çatmaq üçün cinayət törətmə prinsipindən bəhs edir. Suriya Xarici İşlər Nazirliyinin verdiyi məlumatda ABŞ prezidenti terrorçuluqda ittihm edilib:

“Trampın etirafı ABŞ-ın cinayətkar fəaliyyətini təsdiqləyir, o, şəxsi maraqları və prinsipləri naminə beynəlxalq hüquq və prinsiplərdən kənara çıxaraq terror təşkilatları ilə eyni üsula-qətllərə, aradan götürməyə əl atır”.

Xatırladaq ki, Amerikanın “FOX” telekanalına verdiyi müsahibədə Tramp Suriya Prezidenti Bəşər Əsədi aradan götürmək üçün əməliyyata başlamaq niyyətində olduğunu, lakin ona mane olduqlarını deyib. Ağ Evin sahibi Əsədi pis adam hesab etdiyini və onu necə məhv etmək barədə düşündüyünü etiraf edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 661