hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp “böyük sülh”ün anonsunu etdi

Tramp “böyük sülh”ün anonsunu etdi

ABŞ prezidenti Donald Tramp tezliklə Səudiyyə Ərəbistanı və İsrailin sülh müqaviləsi imzalaya biləcəyini qeyd edib.

Cebhe.info xəbər verir ki, Tramp məsələ ilə bağlı Səudiyyə Ərəbistanının kralı ilə danışdığını bildirib: “Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdül Əziz əs-Səudla danışdım. Düşünürəm ki, doğru zamanda İsrail ilə barışıq müqaviləsinə qoşulacaqlar”.

Trampın fikrincə, buna əlavə olaraq 5-6 ölkə atəşkəsə qoşula bilər. Söhbət İsrail, BƏƏ və Bəhreyn arasında uzlaşma barədə razılaşmalardan gedir. Sənədlər Trampın iştirakı ilə Ağ Evdə 15 sentyabrda imzalanıb.

Razılaşmaya əsasən, Bəhreyn və BƏƏ İsrail dövlətini tanıyacaq, Qərb Şəriyəsindəki yəhudi məskənlərinə suverenliyin yayılmasını dayandıracaq. Birgə açıqlamasında ölkələr bu addımın Yaxın Şərqdə sülhə doğru irəliləyəcəyini elan etdilər.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1013