hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Tramp “taym-aut” götürür: Oktyabrda dünyanı gözləyəcək aqibət

Tramp “taym-aut” götürür: Oktyabrda dünyanı gözləyəcək aqibət

ABŞ ticarət nümayəndəsi "səhiyyə və digər faktorlar" səbəbilə bəzi Çin məhsullarına yeni əlavə gömrük vergilərinin 15 dekabra qədər təxirə salınacağını açıqlayıb.

Məlumatda kompüter (noutbuk), oyuncaq, video oyun konsolları, ayaqqabı, geyim məhsulları və mobil telefonu kimi bəzi məhsullara əlavə vergi tətbiqinin 15 dekabra qədər təxirə salınacağı qeyd edilib.

Qeyd edək ki, avqustun 1-də ABŞ Prezidenti Donald Tramp 300 milyard dollar dəyərindəki Çin məhsullarına sentyabrın 1-dən etibarən 10 faizlik əlavə gömrük vergisi tətbiq ediləcəyini açıqlamışdı. Açıqlamadan sonrası birjalar yüksəldi, dünya bazarında silkələnmə yaşandı. Qlobal risklərin artması fonunda avronu və neftin ucuzlaşması, qızılın isə bahalaşması müşahidə olundu. Beynəlxalq maliyyə bazarlarında EUR/USD məzənnəsində dalğalanmalar həftə ərzində davam etdi.

Tərəflər arasında razılaşmanın hələlik uzaq göründüyünü düşünən ekspertlər hesab edirdilər ki, dünyada hələ uzun müddət iqtisadi gərginlik olacaq.

Maraqlıdır, ABŞ ticarət müharibəsinə son qoyurmuə Bu addımı Amerikanın geri çəkilməsi kimi qiymətləndirmək olarmıə

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, ABŞ-la Çin arasında ticarət danışıqları hələ davam edir: “Çin məhsullarına əlavə gömrük rüsumlarının tətbiqinin təxirə salınması əslində ABŞ-ın danışıqlar fonunda Çinlə razılaşmaya doğru bir addım atmasıdır. Amerika Çinə ilin sonuna qədər zaman tanımaq istəyir ki, ümumi məsələlərdə anlaşma baş tutsun. Hesab edirəm ki, Amerikada atılan bütün addımların gələn il baş tutacaq prezident seçkisi ilə birbaşa əlaqəsi var. Çünki Tramp ikinci dəfə prezidentliyə namizəd olmaq istəyir və o, bundan sonrakı bütün addımları seçkini nəzərdə tutaraq atacaq. Çin məhsullarına gömrük rüsumunun artırılması Amerika istehsalçılarına xeyirdir. Yəni istehsalçılar bunu dəstəkləyir. Çünki yerli istehsalçılar Çin məhsulları ilə qiymətdə rəqabət apara bilmir. Amma istehlakçılara ciddi ziyan vurur. Yəni sadə amerikalılar gömrük rüsumlarının artımını öz cibindən ödəyir. Amerikada ildə təqribən 550-560 milyard dollarlıq Çin məhsulları satılır və bu məhsulları əvəz edə biləcək ikinci bir ölkə yoxdur. Əvəzlənsə belə, qiymətlər çox yüksək olacaq. Buna görə də gömrük və vergi rüsumlarının artması qiymətləri də artırır və sadə amerikalının cibinə ziyan vurur. Bunu Tramp Administrasiyası da anlayır. Əgər sadə amerikalılar hər gün qiymət artımını müşahidə etsələr, bu, seçkilərdə Trapma ciddi mane olacaq faktora çevrilə bilər. Fikrimcə, məlum təxirəsalmanın səbəbi prezident seçkiləri ilə bağlıdır ki, ABŞ-da Çin məhsullarının qiyməti daha kəskin artmasın, nəticədə yerli istehlakçılar bundan əziyyət çəkməsin. İstənilən halda gömrük rüsumlarının son ödəyicisi alıcılardır”.

Analitik dünyada ticarət və valyuta savaşlarının həmişə olduğunu vurğulayıb: “Ticarət savaşları indi daha da aktuallaşıb. Çünki valyuta, ticarət manipulyasiyaları ilə ölkələr liderliyi ələ almağa və iqtisadi məsələlərdə önə keçməyə çalışırlar. Hesab edirəm ki, bu, bir müddət davam edəcək. Dünya ticarəti üçün hələ bir neçə təhlükə də var. Oktyabr ayının sonunda Britaniyanın Avropa İttifaqından çıxması tam rəsmiləşməlidir. Amma hələ də anlaşma yoxdur. Əgər anlaşmasız Brexit olsa, dünya ticarətinə mənfi təsir edən amilə çevriləcək. Hələ yaxın aylarda ticarət təlatümləri, dünya iqtisadiyyatında dalğalanmalar davam edəcək”.
Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 3697