hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Tramp “tələsmirəm” dedi: Dikatator şübhələndi

Tramp “tələsmirəm” dedi: Dikatator şübhələndi

Vyetnamda ABŞ və Şimali Koreya liderlərinin sammitinin ikinci günüdür.

Cebhe.info xəbər verir ki, görüş zamanı Tramp Şimali Koreyadan olan həmkarını ABŞ-ın tələsmədiyinə əmin edib: "Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində tələsmirik və danışıqlar prosesini də tələsdirmək niyyətində deyilik. Biz əminliklə saziş əldə etmək istəyirik. Vacib olan bizim hər şeyi düz etməyimizdir".

Kim Çen In öz növbəsində danışıqların məhsuldar keçməsi üçün öz tərəfindən hər şey edəcəyinə əmin edib: “Ən azından bu gün. Hiss edirəm ki, nəticələr yaxşı olacaq, hərçənd ki, digər məsələlərədə bununla bağlı şübhələrim var".

Ümumilikdə isə tərəflər sammitin ilk gününün nəticələrini müsbət dəyərləndiriblər. Tramp ilk açıqlamasında Kim Çen Inla söhbətin "əla" olduğunu bildirib. Birlikdə naharı isə "vacib" adlandırıb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1894