hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Tramp Merkeli "kütbeyin", Baş naziri isə "axmaq" adlandırıb

Tramp Merkeli "kütbeyin", Baş naziri isə "axmaq" adlandırıb

Xarici həmkarları ilə telefon danışıqları zamanı ABŞ Prezidenti Donald Tramp onlarla əsəbi danışıb, ədəbsiz ifadələr işlədib. Bu da təbii ki, onun həmkarlarının bərk qəzəblənməsinə səbəb olub.

Cebhe.info xəbər verir ki, bu barədə "SNN" məlumat yayıb.

Məlumata görə, Tramp hətta qadın həmkarlarını da təhqir edib. O, Angela Merkeli Rusiya ilə münasibətinə görə "kütbeyin" alandırıb. Britaniyanın sabiq Baş naziri Tereza Meyi isə "Brexit"i idarə edə bilmədiyinə görə "axmaq" adlandırıb.

Məlumata görə, Tramp kişi həmkarları - Fransa Prezidenti Emmanuel Makron, Kanadanın Baş naziri Castin Tryudo, Avstraliyanın Nazirlər Kabinetinin rəhbəri Skott Morrison ilə telefon danışıqları zamanı onlarla nisbətən sakit rəftar edib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 6678