hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Tramp nə qədər qazanıb?-Kurortdan gələn milyonlar

Tramp nə qədər qazanıb?-Kurortdan gələn milyonlar

ABŞ hökuməti nəzdində Etika məsələləri üzrə İdarə ölkə Prezidenti Donald Trampın 2019-cu il üçün gəlirlərinin siyahısını dərc edib.

Cebhe.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, 78 səhifəlik sənəd araşdırılarkən məlum olub ki, 2019-cu ildə Tramp 21, 4 milyon dollar qazanıb, sənədlər sübut edir ki, bu mənfəəti ABŞ prezidenti Florida ştatındakı “Mar-a-Laqo” kurortundan götürüb.

Donald Trampa gəlir gətirən digər mənbələr onun Vaşinqtondakı hoteli və "Trump National Doral Miami" kurortudur. Belə ki, sənədlərdən aydın olub ki, Tramp sözügedən hoteldən ötən il 40,5 milyon dollar, "Trump National Doral Miami" kurortundan isə 77,2 milyon dollar gəlir əldə edib.

Beləliklə, Trampın gəlirlərinin 2018-ci illə müqayisədə 2,6 faiz artdığı aydın olub və 2019 -cu il üçün ABŞ prezidentinin gəlirlərinin 446 milyon dollar olduğu təsdiqlənib.

Qeyd edək ki, Donald Tramp həmişə öz vergi bəyannaməsinin dərc edilməsinin əleyhinə olub. Bu səbəbdən isə onun rəqibləri etiraz aksiyaları təşkil ediblər.

2019-cu ildə məhkəmə Trampın vəkillərinin tərəfində olmayıb və Konqres üzvlərinə Trampdan vergi bəyannaməsinin tələb edilməsinə qadağa qoyulmasından imtina edib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1442